Afinada baş verən partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb
Afinada baş verən partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb. Hadisə barədə Yunanıstan mediası məlumat yayıb.
Medianın məlumatına görə, hadisə Akropolun yaxınlığında yerli vaxtla saat 07:30-da baş verib. Partlayış nəticəsində ərazidə yanğın başlayıb, ikimərtəbəli binanın bir hissəsi də dağılıb.
Hadisə yerində yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları çalışır.
Məlumata görə, hadisə yerində dağıntılar altından iki qadın çıxarılıb. Onların həyatları üçün təhlükə yaradan xəsarətlər almadığı bildirilir.
Medianın məlumatına görə, əraziyə 24 yanğınsöndürən cəlb olunub. Hazırda partlayışın nədən baş verdiyi məlum deyil. Yerli medianın yazdığına görə, partlayışa qaz sızmasının səbəb olması ehtimal edilir.