Afinada, Akropol yaxınlığında kişi soyuq silahla iki turistə hücum edib

15:57, 21.07.2026

 

Afinada, Akropolun ətrafındakı ərazidə kişi iki turistə hücum edib. Bu haqda məlumatı “CBS News” yerli polisə istinadən yayır.

Polisin məlumatına əsasən, qadın ayaq nahiyəsindən yüngül xəsarət alıb, kişi isə daha ağır xəsarət alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunu saxlayıblar, yaralılar isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Medianın məlumatına əsasən, hücumdan əvvəl kişi yoldan keçənləri bıçaqla hədələyirmiş, bu barədə də vətəndaşlardan biri polisə xəbər verib.

Məlumat üçün bildirək ki, Afina Akropolunun təpəsində təxminən 2 500 illik tarixə malik Parfenon məbədi və digər tarixi abidələr yerləşir. Bu məkan hər il milyonlarla turistə ev sahibliyi edir.

Oxşar