Aeroportlar Birliyinin məlumatına görə, Qazaxıstandan Gürcüstana 68 sərnişin endi, buradan isə, elə bu gün 182 şəxs yola düşdü
Qazaxıstanın paytaxtı Nur Sultandan Kutaisi Beynəlxalq Aeroprtuna göyərtəsində 68 sərnişin olduğu aviareys yerinə yetirildi. Bu barədə Gürcüstanın Birinci Kanalına Aeroportlar Birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri, Nana Baramidze bəyan etdi.
Bununla yanaşı, Nana Naramidzenin dediyinə görə, təyyarə ilə Qazaxıstana 182 sərnişin yola düşdü, onlar arasında beşi azyaşlı.
“İlkin məlumatla, aviaşirkətlərin göndərdiyi məlumatla, sabah Aktaudan Tbilisi Beynəlxalq Aeroportu istiqamətinə uçuş yerinə yetiriləcək. Hələlik danışıqlar aparılır ki, uçuş hansı ölçülü təyyarə ilə olacaq. Buna görə sərnişinlərin dəqiq sayını deyə bilmərik. Lakin qətiliklə yerinə yetiriləcəyini deyirlər.
Planlaşdırılmış uçuşlara gəldikdə, müntəzəm uçuşlar cədvəldə oturur. Planlaşdırılıb, lakin nə qədər yerinə yetiriləcəyini bilmirik. Gürcüstanın bütün aeroportları hazırdılar ki, Qazaxıstandan və ya başqa ölkədən uçuşları qəbil etsinlər. Uçuşların təxirə salınması və salınmaması ilə bağlı mən suala cavab verə bilmərəm, bu barədə aviaşirkətlər danışmalıdılar”, – Nana Baramidze bəyan etdi.
Bununla yanaşı, Gürcüstan Xarici İşlər Nazirliyin məlumatına görə, bu gün Kutaisi-Nur-Sultan reysi ilə ölkəyə üç Gürcüstan vətəndaşı qayıtdı. Aktau şəhərindən isə, vətənə qayıtmağı 60 Gürcüstan vətəndaşı planlaşdırır.