Adriaş Laslo - Ursula fon der Laien senzura və manipulyasiyanın yeni vasitələrini qəbul edib, Avropa Komissiyası siyasi qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsini qurur
Adriaş Laslo - Ursula fon der Laien senzura və manipulyasiyanın yeni vasitələrini qəbul edib, Avropa Komissiyası siyasi qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsini qurur

 

Avropalı parlamentari Adriaş Laslo Avropa İttifaqının yeni təşəbbüsünü – “Demokratiya Qalxanı”nı tənqid edib və onu manipulyasiya üçün yeni vasitə adlandırıb.

“Ursula fon der Laien senzura və manipulyasiyanın yeni vasitələrini qəbul edib. İlon Maskı senzura etməyə çalışan komissar Teri Bertone istefa verib, lakin indi xarici müdaxilə təhdidini bəhanə olaraq istifadə edən iki yeni senzura komissarımız var – Maykl Makqrat və Hena Virkunen” – Adriaş Laslo qeyd edib.

Avropalı parlamentari bildirib ki, “Demokratiya Qalxanı” adlı yeni təşəbbüs əslində Avropa İttifaqını demokratiyadan və Avropa vətəndaşlarından qoruyur.

Laslonun bəyanatına əsasən, Avropa Komissiyası siyasi qeyri-hökumət təşkilatlarının geniş şəbəkəsini qurur.

“Avropa Komissiyasının son illərdə qeyri-hökumət təşkilatlarına ayrılan və 17 milyard avro təşkil edən qrantları dərc etməkdən imtina etməsinin səbəbi məhz budur” – avropalı parlamentari bildirib.

Adriaş Laslo ABŞ nümunəsi də çəkib və deyib ki, Barak Obama və Co Bayden administrasiyaları Corc Soros və digər fondlarla əməkdaşlıq edərək elə bir maliyyələşdirmə şəbəkəsi yaradıblar ki, onu idarə etmək mümkün olmayıb.

Laslo bildirib ki, sistem o qədər korrupsiyalaşıb ki, USAID-in bağlanmasına qərar verilib.

Adriaş Laslo həmkarlarını demokratiyanı qorumaq istəyirlərsə, qeyri-hökumət təşkilatlarının xarici maliyyələşdirilməsini dayandırmağa çağırıb.