Gürcüstan Daxili İşlər Nazirliyinin Samtsxe-Cavaxeti Polis Departamentinin əməkdaşları “isti izlər”lə keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində keçmişdə məhkum olunmuş, 1974-cü il təvəllüdlü İ.M.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar. Cinayət 10 ildən 15 il müddətinə azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin iyulun 17-də Adiqeni Munisipalitetində qarşılıqlı mübahisə zəminində soyuq silahla 1991-ci il təvəllüdlü C.X.-nin bədəninə xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib. Yaralı kişi xəstəxanaya aparıldıqdan dərhal sonra dünyasını dəyişib.
Polis, keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən İ.M.-ni “isti izlər”lə saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin törədilməsində istifadə olunan silahı – bıçağı maddi sübut kimi götürüblər” – DİN-də bildirirlər.
Qəsdən adam öldürmə faktı ilə əlaqədar istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır.