Adiqen bələdiyyəsinin Qomaro kəndində, təbii fəlakətdən zərər çəkmiş ərazidə xüsusi texnika işləyir 
Adiqen bələdiyyəsinin Qomaro kəndində, təbii fəlakətdən zərər çəkmiş ərazidə xüsusi texnika işləyir 

Adiqen bələdiyyəsinin Qomaro kəndində, harada ki, təbii fəlakət əhalini zərərə saldı, hazırda xüsusi texnika işləyir. Əraziyə traktorlar, yük maşınları səfərbər edilib və təmizləmə işləri aparılır. Qomaro kəndində Fövqəladə Halların İdarəolunması Xidmətinin əməkdaşları da səfərbər olunub və zərər çəkmiş əhaliyə məişət əşyalarının daşınmasında kömək edirlər.

Fəlakət zonasındakı vəziyyətlə yerində tanış oldular Samtsxe-Cavaxeti bölgəsinin dövlət nümayəndəsi Zaal Geliaşvili, Adigen bələdiyyəsinin meri Goça Kimadze və bələdiyyə sədr Şmagi Bidzişvili.

Bundan əlavə, güclü yağış nəticəsində Qomaro kəndinə dəymiş ziyanın hesablanmasını xüsusi komissiya həyata keçirəcək.

Adiqen bələdiyyəsində təbii fəlakət əhalini zərərə saldı. Güclü yağıntılar nəticəsində Qomaro və Şoxa kəndləri su altında qaldı, yaşayış evləri və həyətlər zədələndi, mal-qara tələf oldu, yol infrastrukturu ziyan gördü, kənd təsərrüfatı sahələri məhv oldu.