“Adam” qasırğasının səbəb olduğu daşqın nəticəsində Fransada ən azı dörd nəfər həlak olub, bir nəfər xəsarət alıb
“Adam” qasırğasının səbəb olduğu daşqın nəticəsində Fransada ən azı dörd nəfər həlak olub, bir nəfər xəsarət alıb. Bu barədə məlumatı “BBC” yayır.
Medianın məlumatında, qasırğanın Fransanın cənubunda genişmiqyaslı daşqınlara səbəb olduğu, küçələri su basdığı və nəqliyyatın hərəkətini iflic etdiyi deyilir.
Onların məlumatına əsasən, Buş-dü-Ron regionunda iki qadın zirzəmidə boğulub, Korsikada isə daşqın avtomobildə olan bir kişinin həyatına son qoyub. Polis dördüncü ölüm halı ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
“BBC”nin yazdığı kimi, Muries və Sen-Marten-de-Kro şəhərlərinin onlarla sakini fövqəladə sığınacaqlara yerləşdirilib.
Bununla yanaşı, Fransanın Meteorologiya Xidməti “Météo-France” cümə axşamı axşam saatlarından cümə günü də daxil olmaqla, Fransanın qərbindəki beş departamentdə güclü külək gözlənildiyini, bu səbəbdən narıncı təhlükə səviyyəsi elan etdiklərini bəyan edib.