ABŞ Yaxın Şərqə ikinci aviadaşıyıcı – “Cerald Ford”u göndərib
ABŞ Yaxın Şərqə ikinci aviadaşıyıcı – “Cerald Ford”u göndərib

Yaxın Şərqə ABŞ-ın ikinci aviadaşıyıcısı – “Cerald Ford” göndərilib.

Dünyanın ən böyük aviadaşıyıcısı hazırda Karib dənizində yerləşir.

Yayılan məlumata görə, “Cerald Ford” aprelin sonuna və ya mayın əvvəlinə qədər Amerika sahillərinə qayıtmayacaq. Bu qərarla Yaxın Şərq regionunda ABŞ-ın iki aviadaşıyıcısı və onları müşayiət edən hərbi gəmilər yerləşdiriləcək.

Amerika mediasının məlumatına görə, gəmilərin göndərilməsi ölkə prezidenti Donald Trampın İran liderlərinə təzyiq kampaniyasının bir hissəsidir. Tramp bu həftənin əvvəlində regiona ikinci aviadaşıyıcının göndərilməsini istədiyini bildirmişdi, lakin nə o, nə də Hərbi Dəniz Qüvvələri gəminin adını açıqlamışdı.