ABŞ Yaxın Şərqdəki vətəndaşlarını hərbi obyektlərə yaxınlaşmamağa çağırır
Səudiyyə Ərəbistanındakı ABŞ-nin missiyası krallıqdakı Amerika vətəndaşlarına regiondakı hərbi obyektlərdən mümkün qədər uzaq durmağı tövsiyə edən təhlükəsizlik xəbərdarlığı yayıb.
Bəyanatda deyilir ki, amerikalılar və ABŞ-nin missiyasının əməkdaşları “artırılmış ehtiyatlılıq göstərməli və istənilən hərbi obyektə lazımsız səyahətləri məhdudlaşdırmalıdırlar”.
Bundan əvvəl məlum olmuşdu ki, İranda vəziyyətin gərginləşməsi fonunda ABŞ Yaxın Şərqdə yerləşən əsas hərbi bazalardan şəxsi heyəti çıxaracaq. Medianın məlumatına əsasən, ABŞ qeyd olunan qərarı iranlı rəsmi şəxslərin Tehranın istənilən an bölgədəki ABŞ hərbi bazalarını bombalaya biləcəyini deməsindən sonra qəbul edib.