ABŞ Xəzinədarlıq Departamentinin rəhbəri – ABŞ və Ukrayna təbii resurslar haqda razılaşmanı ola bilsin, gələn həftə imzalasınlar
ABŞ və Ukrayna təbii resurslar haqda razılaşmanı ola bilsin, gələn həftə imzalasınlar – bu haqda ABŞ Xəzinədarlıq Departamentinin rəhbəri Skot Besent “Fox News”a müsahibəsində bəyanat verib.
O, Vaşinqtonun Kiyevə iqtisadi tərəfdaşlıq haqqında hazır sənəd təqdim etdiyini deyib.
„Hal-hazırda sənədi ukraynalılar müzakirə edirlər və ümid edirik ki, gələn həftə tam müzakirələr başlayacaq və ola bilsin, imza da atılacaq” – Skot Besent deyib.
Razılaşmanın imzalanması fevralın sonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri zamanı planlaşdırılmışdı. Lakin, ABŞ və Ukrayna prezidentləri arasında görüş zamanı mübahisə baş verdi və sənəd imzalanmadı.
Müsahibə zamanı Skot Besentə Rusiya əleyhinə sanksiyalarla bağlı da sual verildi və o, cavabında bildirdi ki, sanksiyaların sərtləşdirilməsi və ya yüngülləşdirilməsi Rusiyanın gələcək addımlarından asılıdır.
„Prezident Tramp, düşünürəm ki, əgər bu ona danışıqlarda üstünlük verərsə, sanksiyaların sərtləşdirilməsində çətinlik çəkməyəcək” – ABŞ Xəzinədarlıq Departamentinin rəhbəri bildirib.
Bundan əvvəl Donald Tramp bildirib ki, Vaşinqtonda Moskvanın Qara dənizdə atəşkəs sazişi qüvvəyə minənədək yerinə yetirilməsini tələb etdiyi Rusiyanın irəli sürdüyü şərtləri öyrənəcəklər. Bunlar arasında Rusiyanın Aqrar Bankına qarşı sanksiyaların ləğv edilməsi və onun SWIFT sistemi ilə əlaqələndirilməsi yer alır, bu isə Avropa İttifaqının razılığı olmadan mümkün deyil.