ABŞ Xəzinədarlıq Departamenti İranın "kölgə donanmasına" yeni sanksiyalar tətbiq edib
ABŞ Xəzinədarlıq Departamenti İranın "kölgə donanmasına" yeni sanksiyalar tətbiq edib

 

ABŞ Xəzinədarlıq Departamenti İranın “kölgə donanmasına” yeni sanksiyalar tətbiq edib.

ABŞ Xəzinədarlıq Departamentinin veb saytında dərc olunmuş bəyanatda deyilir ki, “kölgə donanması”nın 30-dan çox fiziki şəxsinə, təşkilata və İranla əlaqəli gəmiyə sanksiyalar tətbiq edilib.

Onların məlumatına əsasən, qeyd olunan şəxslər və şirkətlərə İran neftinin qanunsuz satışına köməyə və İran ballistik raketlərinin və müassir adi silahların istehsalına görə sanksiyalar tətbiq edilib.

Məlumat üçün bildirək ki, sabah Cenevrədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşner İran nümayəndə heyəti ilə Tehranın nüvə proqramı ilə bağlı görüş keçirəcəklər.