ABŞ Xəzinədarlıq Departamenti İran və Venesueladan on fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib
ABŞ Xəzinədarlıq Departamenti İran və Venesueladan on fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib

 

ABŞ Xəzinədarlıq Departamenti İran və Venesueladan on fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib.

Medianın məlumatına əsasən, ABŞ Xəzinədarlıq Departamenti İran və Venesuela arasında pilotsuz uçuş aparatları və dronlarla ticarətə töhfə verən Venesuelada təsis edilən “Empresa Aeronautica Nacional SA” şirkətini və onun sədri Xose Xesus Urdaneta Qonsalezi sanksiya siyahısına əlavə edib.

“Urdaneta, EANSA adından, Venesuelada pilotsuz uçuş aparatları istehsal etmək üçün Venesuela və İran silahlı qüvvələrinin üzvləri və nümayəndələri ilə koordinasiya ilə məşğul olub” – ABŞ Xəzinədarlıq Departamentinin bəyanatında deyilir.

Bununla yanaşı, terrorizm və maliyyə kəşfiyyatı departamentinin katibinin müavini Con Hurli qeyd edib: “İranın hərbi-sənaye kompleksinə ABŞ maliyyə sisteminə çıxışı təmin edənləri dayandırmaq üçün sürətli tədbirlər görməyə davam edəcəyik”.

Məlumat üçün bildirək ki, ABŞ son aylarda Venesuelaya təzyiqi gücləndirib və Cənubi Karib dənizi hövzəsinə çox sayda hərbi qüvvə yerləşdirib. Həmçinin, Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının ailə üzvlərinə və həmfikir olan şəxslərə qarşı sanksiyalar tətbiq edib.