ABŞ vətəndaşlarına dərhal Livandan çıxmaları tövsiyə edilir
ABŞ vətəndaşlarına dərhal Livandan çıxmaları tövsiyə edilir

ABŞ öz vətəndaşlarını dərhal Livandan çıxmağa çağırır.

Beyrutdakı ABŞ səfirliyinin açıqlamasında qeyd edilir: “ABŞ vətəndaşlarına Livana səfər etməmələrini tövsiyə edirik. Əgər ölkədə olsanız, ticarət reysləri mövcud olduğu müddətdə dərhal Livandan çıxın.”

Açıqlamada həmçinin bildirilir ki, Livanda vəziyyət hazırda sabit deyil və proqnozlaşdırılması çətindir, xüsusilə də Beyrutun cənubunda.

Qeyd edək ki, bir qədər əvvəl Beyrutda güclü partlayış səsi eşidilib.