ABŞ Venesuela sahilləri yaxınlığında bir neft tankerini saxlayıb. “CNN”in məlumatına görə, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Departamentində açıqlama verilib. Bu, ABŞ-ın bu ay ərzində Venesuela sahilləri yaxınlığında neft yüklü gəmini saxladığı artıq ikinci haldır.
Baxmayaraq ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl sanksiyaya məruz qalan tankerlərin saxlanılması barədə göstəriş vermişdi, hazırda saxlanılan gəmi ABŞ sanksiyaları altında deyil. “CNN” yüksək vəzifəli mənbəyə istinadən yazır ki, söhbət Panama bayrağı altında üzən, Venesueladan neft daşıyan və son təyinat nöqtəsi Asiya olan tankerdən gedir. Venesuela isə ABŞ-ın bu addımını beynəlxalq terror aktı kimi qiymətləndirir.