ABŞ və Səudiyyə Ərəbistanının birgə hava zərbələri səbəbindən İraqın Baş naziri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşünü ləğv edib

17:36, 29.07.2026

ABŞ və Səudiyyə Ərəbistanının birgə hava zərbələrinə görə İraqın Baş naziri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşünü ləğv edib.
Reuters-in məlumatına görə, İraqın Baş naziri Əli əl-Zayidi ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında görüşün bu gün Ciddə şəhərində keçirilməsi planlaşdırılırdı.
ABŞ və Səudiyyə Ərəbistanının birgə hava zərbələri nəticəsində İraqda azı 20 nəfər həlak olub, 32 nəfər yaralanıb. İraq Prezident Administrasiyası Xalq Səfərbərlik Qüvvələrinin (PMF) obyektlərinə endirilən zərbələri pisləyib və bunun ölkənin suverenliyinin pozulması olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Əli əl-Zayidi Vaşinqtona səfər edib və Donald Trampla görüşüb, daha sonra isə İrana gedib.

Oxşar