ABŞ və Səudiyyə Ərəbistanının birgə hava zərbələri nəticəsində İraqda azı 20 nəfər həlak olub

13:59, 29.07.2026

ABŞ və Səudiyyə Ərəbistanının birgə hava zərbələri nəticəsində İraqda azı 20 nəfər həlak olub, 32 nəfər isə yaralanıb.

İran tərəfindən dəstəklənən Xalq Səfərbərlik Qüvvələrində (PMF) bildirilib ki, zərbələr Bağdad, Vasit, Ninəva, Bəsrə, Kərkük, Kərbəla və Diyala vilayətlərində yerləşən hərbi obyektlərə endirilib. Bir neçə hərbi qərargah, nəqliyyat vasitəsi və hərbi texnika zərər görüb.

Hava zərbələrinə cavab olaraq, İraqın baş naziri Əli Faleh əl-Zayidi Milli Təhlükəsizlik üzrə Nazirlər Şurasının fövqəladə iclasını çağırıb.

ABŞ və Səudiyyə Ərəbistanında bildirilib ki, əməliyyat İran tərəfindən dəstəklənən qruplaşmalara qarşı hücumlara cavab olaraq həyata keçirilib. ABŞ ordusunun məlumatına görə, son 72 saat ərzində “İslam İnqilabı Keşikçiləri Korpusu” tərəfindən 30-dan çox hücum həyata keçirilib.

Oxşar