ABŞ və İran arasında münaqişənin gərginləşməsi fonunda “Brent” markalı neftin qiyməti yenidən 90 dolları keçib

14:33, 20.07.2026

 

Media, ABŞ və İran arasında münaqişənin gərginləşməsi fonunda “Brent” markalı neftin qiymətinin yenidən 90 dolları keçməsinə dair məlumat verir.

London birjasında bazar ertəsi səhər sentyabrın tədarükü üzrə fyuçerslər 90.8 dollara satılırdı, bu da əvvəlki ticarət sessiyasının bağlanış göstəricisindən 2.8% çoxdur.

Məlumat üçün bildirək ki, “Brent” markalı neftin qiyməti sonuncu dəfə 90 dollardan yuxarı iyun ayının ortalarında olub.

Amerika markalı neft də bahalaşır. İyulun 20-də səhər “Qərbi Texas” markalı neftin sentyabr tədarükü üzrə fyuçersləri 84.7 dollara satılırdı, bu da 2.2%-lik artım deməkdir.

Xəbər verildiyi kimi, İran Hörmüz boğazında neft tankerlərinə hücumları davam etdirir. ABŞ bəyan edir ki, mülki gəmilərə hücumlara cavab olaraq İranın hərbi infrastrukturuna zərbələr endirir. Öz növbəsində, yayılan məlumata əsasən, İran qonşu ölkələrdəki ABŞ ilə əlaqəli hərbi obyektlərə hücum edir.

Oxşar