ABŞ və İran arasında 60 günlük atəşkəs sazişinin müddəti bitdikdən sonra Tehran Omanla Hörmüz boğazı ilə bağlı razılıq əldə etdiyini bəyan edir

17:28, 17.08.2026

 

ABŞ və İran arasında 60 günlük atəşkəs sazişinin müddəti bitdikdən sonra Tehran Omanla Hörmüz boğazı ilə bağlı razılıq əldə etdiyini bəyan edir.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bağayinin bəyanatına əsasən, “tranzit marşrutunun xəritəsi ilə bağlı razılıq əldə olunub”.

Medianın məlumatına əsasən, o, əlavə təfərrüatları açıqlamayıb, lakin daha əvvəl yayılan məlumata əsasən, razılaşma boğazın yenidən açılmasını nəzərdə tutur ki, bu keçid dövründə gəmilər rüsum ödəmədən Hörmüz boğazından keçə biləcəklər.

Məlumat üçün bildirək ki, ABŞ və İran arasında Anlaşma Memorandumu (MoU) 2026-cı ilin iyunun 17-də imzalanıb. Onun əsas məqsədi hərbi əməliyyatları dayandırmaq və Hörmüz boğazını kommersiya gəmiləri üçün açmaq idi. Həmçinin, İranın nüvə proqramı üzrə yekun razılaşmaya nail olmaq üçün 60 günlük danışıqlar nəzərdə tutulmuşdu.

Oxşar