ABŞ və Çin “TikTok”la bağlı razılaşmaya nail olublar

20:27, 30.10.2025

 

ABŞ və Çin “TikTok”la bağlı razılaşmaya nail olublar.

“Reuters”in ABŞ-nin xəzinədarlıq katibi Skot Besentə istinadən xəbər verdiyi üzrə, iki ölkə arasında razılaşmanın yaxın həftələr və ya aylarda imzalanacağı istisna edilmir.

“Kuala Lumpurda nəhayət “TikTok”la bağlı Çin tərəfinin təsdiqini əldə etmək baxımından razılığa gəldik və gözləyirəm ki, onun icrası yaxın həftələrdə və aylarda baş tutacaq və məsələ nəhayət həll olunacaq” – Skot Besent bildirib, lakin razılaşma ilə bağlı konkret detalları açıqlamayıb.

Mediada yayılan məlumata əsasən, “TikTok”un Amerika aktivləri ehtimal ki, amerikalı investorların tabeliyində olan yeni şirkətə veriləcək, Çin “ByteDance”nin hissəsi isə 20%-dən az olacaq.

Oxşar