ABŞ və Çin ticarət razılaşmasının müddətini uzadacaqlar
ABŞ və Çin ticarət sazişinin müddətinin uzadılması ilə bağlı razılığa gəliblər.
Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent „Fox News“ telekanalına müsahibəsində bildirib.
ABŞ-ın maliyyə nazirinin sözlərinə görə, müddəti 2026-cı il oktyabrın 10-da başa çatmalı olan ticarət atəşkəsi 2027-ci il yanvarın 10-dək uzadılacaq.
„Bu, yanvarın 10-dək uzadılacaq ki, iqtisadi cəbhədə nələr edə biləcəyimizi görmək üçün bizə daha çox vaxt versin“, – deyə Skott Bessent bildirib.
Qeyd edək ki, ABŞ və Çin bu razılaşmanı ötən ilin oktyabrında Cənubi Koreyanın Busan şəhərində əldə ediblər. Donald Tramp və Si Cinpin kritik əhəmiyyətli mineralların və yüksək texnologiyalı məhsulların ixracına tətbiq edilən məhdudiyyətləri azaldıblar.
Xatırladaq ki, Çin Prezidenti Si Cinpin iki günlük rəsmi səfər çərçivəsində ABŞ-a gəlib.