ABŞ və Çin ticarət məsələləri üzrə rəsmi danışıqları bu həftə keçirəcəklər
ABŞ və Çin ticarət məsələləri üzrə rəsmi danışıqları bu həftə keçirəcəklər

 

ABŞ və Çin tarif müharibəsi başlayandan sonra ticarət məsələləri üzrə ilk rəsmi danışıqları bu həftə keçirəcəklər. Bu barədə məlumatı “Bloomberg” agentliyi yayır.

Medianın məlumatına əsasən, görüş İsveçrədə keçiriləcək. Danışıqlarda ABŞ tərəfdən xəzinədarlıq departamentinin katibi Skot Besent və ticarət nümayəndəsi Ceymison Qrir iştirak edəcək. Çin nümayəndə heyətinə vitse-baş nazir Hi Lifen rəhbərlik edəcək.

Mövcud məlumata əsasən, görüşün məqsədi tarif qarşıdurmasının deeskalasiyasıdır.

“İrəliyə doğru hərəkətə davam etməzdən əvvəl vəziyyətin deeskalasiyasına nail olmalıyıq. Biz iqtisadi əlaqələri kəsmək istəmirik, lakin ədalətli ticarət istəyirik” – Skot Besent bildirib.

Məlumat üçün bildirək ki, aprelin əvvəlində Donald Tramp Çindən məhsulun idxalına 145% rüsum tətbiq etdi, Çin isə cavab idxal vergisi tətbiq etdi.