ABŞ və Çin nümayəndə heyətləri İspaniyada danışıqlar aparacaqlar
ABŞ və Çin nümayəndə heyətləri İspaniyada danışıqlar aparacaqlar

ABŞ və Çin nümayəndə heyətləri İspaniyada danışıqlar aparacaqlar. Madriddə planlaşdırılan görüşlərdə tərəflər ticarət məsələlərini, milli təhlükəsizliyi və “TikTok” video tətbiqinin mülkiyyət məsələsini müzakirə edəcəklər.

ABŞ-ın maliyyə naziri Skott Besent Çin vitse-premyerinə, He Lifengə ilə görüşəcək. ABŞ-ın ticarət nümayəndəsi Cəmison Grir də yüksək vəzifəli şəxslər arasında son dörd ayda keçirilən dördüncü analoji görüşdə iştirak edəcək.

Danışıqlar seriyası ABŞ-Çin münasibətlərində gərginliyin artmasının qarşısını almağa yönəlmiş cəhddir. Bu gərginlik ABŞ prezidenti Donald Tramp tərəfindən tətbiq edilmiş ağır tariflər səbəbindən yaranıb.

Üç yüksək vəzifəli şəxs və Çinin baş ticarət danışıqları aparıcısı Li Chengang sonuncu dəfə iyul ayında Stokholmda görüşmüşdülər. Orada onlar ticarət atəşkəsinin 90 gün müddətinə uzadılması barədə prinsipial razılığa gəlmişdilər.

Madriddəki danışıqlardan əvvəl Çin ABŞ-ın yarımkeçirici sektoruna dair iki istintaq başladığını elan edib.

Pekində Ticarət Nazirliyi ABŞ-dan idxal olunan bəzi analoji inteqrasiya olunmuş çiplərlə bağlı antidempinq istintaqına başlayıb. Çin Ticarət Nazirliyi həmçinin ABŞ-ın Çin çip sektoruna qarşı həyata keçirdiyi tədbirlərlə bağlı antidiskriminasiya istintaqı da başladıb.

Çinin istintaqları ABŞ-ın cümə günü 23 Çin şirkətini “qara siyahıya” salmasından sonra başlayıb. Siyahıya düşən bu şirkətlər ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına zidd hərəkətlərdə şübhəli bilinirlər.