Bəyaz Ev Ukraynaya ölümcül silah vermək qərarını aldı.
Bu barədə bəyanatı The Washington Post yayır.
Razılaşmaya əsasən, Ukrayna əsgəri ABŞ-dan müasir “Bareti” snayperlərini alacaq.
Amerikan nəşriyyatı yazır ki, Ukraynanın silahla təmin edilməsini Donald Trampın Milli Təhlükəsizlik Kabinetinin yüksək rütbəliləri fəal şəkldə dəstəkləyirlər.
Razılaşma Ukraynaya 41.5 milyon dollara başa gələcək. Komersiyal lisenziya artıq verilib.
Ukraynanın silahlandırılması ilə bağlı razılaşmayı konqress 2014-cü ildə almışdı, ancaq Obama administrasiyası son qərarı verə bilmirdi.
Hazırda Ukrayna ABŞ-dan daha güclü hərbi silah, məsələn, “Cavelin” raket sistemini almaq istəyir, ancaq bu barədə qərar hələ verilməyib.