ABŞ Ukraynaya hərbi yardım şəklində, üç milyard dollarlıq maliyyələşdirmə ayırdı
ABŞ Ukraynaya hərbi yardım şəklində, yeni üç milyard dollarlıq maliyyələşdirmə ayırdı. Qeyd olunan paket çərçivəsində Ukrayna 50 ədəd”Bradley” tipli döyüş piyada maşınlarını alacaq.
“Reuters” agentliyinin məlumatına görə, yardıma zirehli texnika, özüyeriyən haubitsalar, raket silahları və döyüş sursatları da daxildir. Qeyd olunan məbləğin 225 milyon dolları Ukrayna ordusunun modernləşdirilməsinə və hərbi potensialının inkişafına sərf olunacaq.
“Reuters” agentliyinin qeyd etdiyi kimi, bu, ABŞ-ın indiyə qədər verdiyi ən miqyaslı birdəfəlik yardım paketidir. Ümumilikdə Bayden administrasiyası Ukraynaya 25 milyard dollara qədər yardım edib.