ABŞ Ukraynaya Hawk raket sistemi avadanlığını 108 milyon dollara satacaq
ABŞ Ukrayna üçün 108 milyon dollar dəyərində Hawk raket sistemi avadanlığının satışını təsdiqləyib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, qərar Ukrayna hakimiyyətinin müraciətinə cavab olaraq qəbul edilib.
Dövlət Departamentində bildirilib ki, Hawk raket sistemi Ukraynaya mövcud və gələcək təhdidlərin qarşısını almaqda kömək edəcək.
“Təklif olunan satış Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı imkanlarını gücləndirəcək, ona müdafiə və regional təhlükəsizlik missiyalarını həyata keçirmək üçün daha güclü inteqrasiya olunmuş hava müdafiə imkanları verəcək əlavə avadanlıq təqdim edəcək. Ukrayna bu avadanlıq və xidmətləri öz silahlı qüvvələrinə inteqrasiya etməkdə çətinlik çəkməyəcək”, — deyə bəyanatda bildirilir.