ABŞ Ukraynaya 400 milyon dollarlıq hərbi yardım paketi ayıracaq
ABŞ Ukraynaya 400 milyon dollarlıq hərbi yardım paketi ayıracaq. Bu haqda ABŞ-ın müdafiə katibi Lloyd Ostin Kiyevə səfəri zamanı deyib.
Ostin yeni yardım paketi haqda bəyanatı Ukraynanın Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı verib.
“Co Baydenin rəhbərliyi ilə ABŞ Ukraynaya dəstəyi gücləndirməyə davam edir. Bu gün mən Ukraynaya döyüş sursatı, hərbi texnika və silahların təmin edilməsinə yönəlmiş 400 milyon dollarlıq prezident yardım paketinin ayrıldığını elan etmək istəyirəm” – Ostin qeyd edib.