ABŞ Ukraynaya 205 milyon dollar dəyərində humanitar yardım göndərəcək

10:40, 17.06.2023

ABŞ Ukraynaya 205 milyon dollar dəyərində humanitar yardım göndərəcək, – bu barədə ABŞ dövlət katibi, Entoni Blinken bəyan etdi.

Blinkenin məlumatına görə, yardım paketi Ukrayna əhalisinin qida, içməli su filtrləri və səhiyyə ilə təmin edəcək. Eləcə də, qeyd olunan yardımlar çərçivəsində təhsil, yaşayış mühiti, hüquqi xidmətlər, sığınacaqlar təmin ediləcək.

Müharibənin başlamasından sonra ABŞ Ukraynaya bu vaxta qədər 2.1 milyard dollar dəyərində humanitar yardım göstərib.

Oxşar