ABŞ Ukraynanın mülki təhlükəsizliyini gücləndirmək üçün əlavə 100 milyon dollar yardım ayıracaq
ABŞ Ukraynanın mülki təhlükəsizliyini gücləndirmək üçün əlavə 100 milyon dollar yardım ayıracaq. Bu barədə dövlət katibi Entoni Blinken bəyanatında bildirir.
Blinkenin dediyinə görə, artırılmış maliyyə Ukraynaya Dövlət Sərhəd Xidməti və Ukrayna Milli Polisini şəxsi mühafizə, səhra, taktiki, tibbi, zirehli texnika və rabitə vasitələri ilə davamlı şəkildə təmin etməyə imkan verəcək.
“Bu məbləğlə Ukrayna Daxili İşlər Nazirliyi Vladimir Putinin əvvəlcədən düşünülmüş, təxribatsız və əsassız hücumu qarşısında sərhəd təhlükəsizliyini təmin edə, mülki hüquq-mühafizə funksiyalarını və hökumətin mühüm infrastrukturunu qoruya biləcək”, – məlumatda qeyd olunur.