ABŞ Ukrayna üçün 270 milyonluq yardımın yeni paketini təsdiq etdi
ABŞ Ukrayna üçün 270 milyonluq yardımın yeni paketini təsdiq etdi

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru, Con Kirbinin bəyan etdiyinə görə,  Urayna üçün 270 milyonluq yardımın yeni paketi təsdiq edildi.

Ukrayna mediasının məlumatına görə, bu barədə Kİrbi mediaya qapalı qapılar arxasından bəyan etdi.

Məlum olduğu kimi, yeni hərbi yardım paketinə dörd ədəd “HIMARS” tipli raket buraxılış qurğusu, 36 min ədəd artilleriya mərmisi, zirehli sistemlər və 580 ədəd “Phoenix Ghost” tipli pilotsuz təyyarə daxildir.

Ağ Evin nümayəndəsinin dediyinə görə, Ukraynaya verilən hərbi yardımın ümumi məbləği 8,2 milyard ABŞ dollarıdır.

Kirbi həmçinin konkretləşdirdi ki, Ukraynanın indi 20 ədəd “HIMARS”-ı olacaq. ABŞ-dan 16 ədəd, digər partnyor ölkələrdən isə, dörd ədəd.