ABŞ Türkiyənin cənub-şərqində yerləşən Adana şəhərindən diplomatlarını çıxarır
ABŞ Türkiyənin cənub-şərqində yerləşən Adana şəhərindən diplomatlarını çıxarır.
Bu barədə məlumat ABŞ konsulluğunun rəsmi saytında yerləşdirilib.
Bildirişdə qeyd olunur ki, ABŞ Dövlət Departamenti təhlükəsizlik məqsədilə Adanada yerləşən konsulluğun bir hissəsinin işçilərini, o cümlədən təxirəsalınmaz vəzifələri olmayanları və amerikalı diplomatların ailə üzvlərini konsulluğu tərk etməyə çağırır.
Eyni zamanda, Adana konsulluğu fəaliyyətini dayandırır və ABŞ vətəndaşlarına yardım üçün Ankarada yerləşən səfirliyə və ya İstanbuldakı konsulluğa müraciət etmələri tövsiyə olunur.
Bildirilib ki, ABŞ Dövlət Departamenti Türkiyənin cənub-şərqində olan amerikalı vətəndaşlara da bölgəni tərk etməyi tövsiyə edir.
Qeyd edək ki, Adana şəhərinin yaxınlığında İncirlik Hərbi Hava Bazası yerləşir.