ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı amerikalı hərbçilərin İran ərazisinə növbəti zərbələr endirməyə başlaması haqda məlumat verir

16:18, 15.07.2026

 

Amerikalı hərbçilər İran İslam Respublikasının ərazisinə növbəti zərbələr endirməyə başlayıblar. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bəyan edib.

“Bu gün Şərq vaxtı ilə saat 06:00-da ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı bir sıra zərbələr endirməyə başlayıb. Bu zərbələrin məqsədi Oman körfəzində ticarət gəmilərinə hücum etmək üçün istifadə olunan İran qüvvələrinin hərbi imkanlarını daha da zəiflətməkdir” — CENTCOM-un bəyanatında deyilir.

Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp əgər İran danışıqlar masasına qayıtmasa, Birləşmiş Ştatların ölkənin körpülərinə və enerji infrastrukturuna zərbələr endirəcəyini bildirmişdi.

Oxşar