ABŞ Səudiyyə Ərəbistanından diplomatik heyətinin böyük hissəsini çıxarır
ABŞ Səudiyyə Ərəbistanından diplomatik heyətinin böyük hissəsini çıxarır

ABŞ Dövlət Departamentinin göstərişi ilə, İranda davam edən hərbi əməliyyatlar fonunda, Səudiyyə Ərəbistanında ABŞ-ın diplomatik nümayəndəliyinin əməkdaşlarının böyük hissəsi ölkəni tərk etməlidir. Bu, əsasən fövqəladə və zəruri vəzifəsi olmayan səfirlik əməkdaşlarını və ABŞ diplomatik heyətinin ailə üzvlərini əhatə edir.

ABŞ Dövlət Departamenti həmçinin ABŞ vətəndaşlarını bir daha xəbərdar edib ki, fövqəladə zərurət olmadıqca Səudiyyə Ərəbistanına səfər etməsinlər. Səbəb kimi “amerikalı maraqlarına qarşı İranın raket və pilotsuz uçuş aparatları ilə hücum riski, silahlı qarşıdurma, terrorizm, həmçinin yerli hökumət tərəfindən ölkədən çıxış, fəaliyyət və sosial şəbəkələr üzərində qoyula biləcək məhdudiyyətlər” göstərilib.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Səudiyyə Ərəbistanı bir neçə dəfə Tehran tərəfindən cavab zərbələrinin hədəfi olub. 3 mart tarixində Ər-Riyad şəhərindəki ABŞ səfirliyinə dronlarla hücum edilib. “Washington Post”un məlumatına görə, nəticədə səfirlik binası zədələnib; xüsusi ilə damın bir hissəsi çökmüş, binanın içərisində yanğın baş vermişdir. Amerikallara tövsiyə edilib ki, sığınacağa keçsinlər və diplomatik missiyaya getməkdən çəkinsinlər.

Səudiyyə Ərəbistanından əlavə, İran ABŞ səfirliyinə Bəhreyn, Küveyt və İraqda da hücumlar həyata keçirib.