ABŞ Senatı Ukraynaya 40 milyard dollar yardımı dəstəkləyib

21:57, 19.05.2022

ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq maliyyə yardımını təsdiqləyib.

Qanun layihəsini 86 senator dəstəkləyib, 11 senator əleyhinə çıxıb, ikisi isə bitərəf qalıb.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden qanunvericilərdən Ukraynaya 40 milyard dollar yardım göstərməyi xahiş edib.

Maliyyə yardımının böyük hissəsi Ukraynaya hərbi yardımın göstərilməsinə sərf olunacaq.

Keçən həftə həmin maliyyə yardımının sürətləndirilmiş buraxılışı respublikaçı senator Rand Paulun etirazına görə gecikdi.

Oxşar