ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyalar qanun layihəsini dəstəkləyib

22:52, 07.08.2026

 

ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyalar qanun layihəsini böyük səs çoxluğu ilə dəstəkləyib.

“Lindsi O. Qremin Rusiyaya və İrana sanksiyalar tətbiq edilməsi haqqında 2026-cı il aktı” senatorlar tərəfindən 68 lehinə, 9 əleyhinə səslə təsdiqlənib.

Müəllifi, mərhum senator Cənubi Karolinadan olan respublikaçı Lindsi Qremin şərəfinə adlandırılan sənəd rus yüksəkrütbəli rəsmilərinə sanksiyaların tətbiqini nəzərdə tutur və Tramp administrasiyasına Çin, Hindistan və digər ölkələrə, əgər onlar rus neft və qazının miqyaslı alışını davam etdirirlərsə, 100%-dək tariflər tətbiq etmək səlahiyyəti verir.

Qanuna, həmçinin Prezident Donald Trampın administrasiyasının tələb etdiyi İrana tətbiq edilən sanksiyaların genişləndirilməsi də daxildir.

Qanun layihəsi indi Nümayəndələr Palatasına təqdim olunacaq və onun müzakirəsi ola bilsin ki, artıq gələn ay başlasın.

Konqresdə Ukraynanın ən fəal tərəfdarlarından biri hesab edilən Lindsi Qrem iyulun 11-də vəfat edib. Onun vəfatından az əvvəl məlum olmuşdu ki, o və Tramp Qremin bir ildən çox üzərində işlədiyi qanun layihəsinin yekun irəliləyişi barədə razılığa gəliblər.

Qremin dəfn mərasimində iştirak edən və daha sonra Trampla görüşən Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, sanksiyalar Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarına zərbə vuracaq və həm Avropaya, həm də Ukrayna xalqına ABŞ-nin dəstəyi barədə güclü siqnal göndərəcək.

Oxşar