ABŞ Senatı maliyyələşdirmə qanun layihəsini yenidən qəbul edə bilmədi, "şatdaun" 15 gündür davam edir
ABŞ Senatı artıq səkkizinci dəfə maliyyələşdirmə qanun layihəsini qəbul edə bilmədi, “şatdaun” davam edir.
Qanun layihəsi lazım olan 60 səsdən yalnız 49-nu alıb, 45 senator isə əleyhinə səs verib.
Bu o deməkdir ki, hökumətin “şatdaun”u ən azı daha bir gün davam edəcək. Yeni səsvermənin nə vaxt keçiriləcəyi hələlik bilinmir.
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, bu “şatdaun” tarixdə ən uzun müddətli ola bilər.
Məlumat üçün bildirək ki, “şatdaun” artıq 15 gündür davam edir və bu səbəbdən də minlərlə federal əməkdaş əmək haqqısız işləməyə məcburdur.