ABŞ Senatı hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiqləyib
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiqləyib.
467,5 milyard dollarlıq dəyərində olan büdcə paketi Senat tərəfindən iki partiyanın dəstəyi ilə, 22 əleyhinə 75 səslə təsdiq edilib.
Qanun kənd təsərrüfatı, enerji, nəqliyyat, veteranlar və digər proqramların ilin sonuna qədər maliyyələşdirilməsini nəzərdə tutur.
Qanun layihəsi imzalanması üçün prezident Co Baydenə göndərilib.