ABŞ Senatı artıq on ikinci dəfə maliyyələşdirmə qanun layihəsini qəbul edə bilmədi, müvafiq olaraq "şatdaun" davam edir
ABŞ Senatı artıq on ikinci dəfə maliyyələşdirmə qanun layihəsini qəbul edə bilmədi, müvafiq olaraq “şatdaun” davam edir. Medianın məlumatına əsasən, noyabrın sonuna qədər hökuməti maliyyələşdirməyi nəzərdə tutan qanun layihəsi zəruri 60 səsdən yalnız 54-nü alıb, 46 senator isə əleyhinə səs verib.
Yayılmış məlumata əsasən, maliyyənin bloklanmasından öncə, senator Ceff Merkli qanunverici orqanda demək olar ki, 23 saat davam edən nitq söyləyib. Oreqon ştatından olan demokrat senator ABŞ Prezidenti Donald Trampın vəzifədə olduğu doqquz aya etiraz edirdi.
Məlumat üçün bildirək ki, ABŞ hökuməti fəaliyyətini oktyabrın 1-dən dayandırıb. Buna səbəb ABŞ Prezidenti ilə qanunvericilər arasında federal qurumların maliyyələşdirmə planı ilə bağlı fikir ayrılığı olub.