ABŞ Senatı artıq doqquzuncu dəfə maliyyələşdirmə qanun layihəsini qəbul edə bilmədi, müvafiq olaraq “şatdaun” davam edir
ABŞ Senatı artıq doqquzuncu dəfə maliyyələşdirmə qanun layihəsini qəbul edə bilmədi, müvafiq olaraq “şatdaun” davam edir. Medianın məlumatına əsasən, noyabrın sonuna qədər hökumətin maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi zəruri 60 səsdən yalnız 51-ni alıb, 44 senator isə əleyhinə səs verib.
Məlumat üçün bildirək ki, ABŞ hökuməti oktyabrın 1-dən fəaliyyətini dayandırıb. Buna səbəb Amerika Prezidenti ilə qanunvericilər arasında federal qurumların maliyyələşdirilməsi planı ilə bağlı fikir ayrılığı olub.
“Şatdaun” çərçivəsində Donald Trampın administrasiyası 4108 dövlət qulluqçusunu işdən çıxarıb.