ABŞ Senatı adətən “şatdaun” adlandırılan hökumət bağlanmasının başa çatdırılması üçün yekun qanun layihəsini qəbul edib və sənəd təsdiqlənməsi üçün Nümayəndələr Palatasına göndərilib
ABŞ Senatı hökumətin bağlanmasının sona çatdırılmasına yönəlmiş yekun qanun layihəsini qəbul etdi və o, təsdiqlənmək üçün Nümayəndələr Palatasına göndərildi.
Qanun layihəsi 60 səslə qəbul olunub, 40 senator isə əleyhinə səs verib.
Hökumətin yanvarın sonuna qədər maliyyələşdirilməsini nəzərdə tutan razılaşma respublikaçılar və bəzi demokrat senatorlar arasında federal əməkdaşların işə qaytarılması və zəruri xidmətlərin bərpa olunması məsələlərində razılıq əldə edildikdən sonra mümkün oldu.
Hətta demokratların bir hissəsi hökumətin maliyyələşdirilməsini dəstəkləsə də, onların səhiyyə vergilərinə subsidiyalarla bağlı tələbləri nəzərə alınmayıb.
Nümayəndələr Palatasında səsvermənin 12 noyabrda keçiriləcəyi gözlənilir. Əgər sənəd təsdiqlənərsə, qanun layihəsi ABŞ prezidentinə göndəriləcək və Donald Trampın imzasından sonra ölkə tarixində ən uzun “şatdaun” sona çatacaq.