ABŞ səfirliyində Birləşmiş Ştatların Bidzina İvanişviliyə və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etmədiyini açıqlayırlar

13:59, 03.10.2024

 
Amerika Birləşmiş Ştatlarının səfirliyində Birləşmiş Ştatların Bidzina İvanişviliyə və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etmədiyini açıqlayırlar.

Bu haqda “Azadlıq” radiosuna ABŞ-nin Gürcüstandakı səfirliyindən bildiriblər.

“Amerika Birləşmiş Ştatları Bidzina İvanişviliyə və onun ailə üzvlərinə qarşı maliyyə sanksiyaları tətbiq etməyib. ABŞ-nin Xəzinədarlıq Departamenti bütün maliyyə sanksiyalarını açıq şəkildə dərc edir” – ABŞ səfirliyindən bildiriblər.

Məlumat üçün bildirək ki, “Formula” teleşirkəti oktyabrın 2-də mənbəyə istinadən Bidzina İvanişviliyə və onun ailə üzvlərinə qarşı sanksiyaların tətbiq edilməsi haqda məlumat yaydı.

Oxşar