ABŞ Səfirliyi – Viza zəmanət proqramı fəaliyyət göstərdiyi bütün ölkələrdə, o cümlədən Gürcüstanda da daimi oldu, əvvəlcədən ödəniş etməyin, müsahibə zamanı konsulluq zabiti sizə təlimat verəcək
Viza zəmanət proqramı fəaliyyət göstərdiyi bütün ölkələrdə, o cümlədən Gürcüstanda da daimi oldu – bu barədə məlumatı ABŞ-nin Gürcüstandakı səfirliyi yayır.
Səfirliyin məlumatına əsasən, B1/B2 vizası təsdiqlənəcək Gürcüstan vətəndaşı olan bütün müraciətçilər 10 000$, 15 000$ və ya 20 000$ məbləğində depozit ödəməlidirlər.
“Depoziti əvvəlcədən ödəməyin. Müsahibə zamanı konsulluq zabiti sizə depozitin ödənilməsi ilə bağlı təlimat verəcək. Xahiş edirik, unutmayın: viza müraciətləri haqqında rəsmi mənbə ABŞ hökumətidir. ABŞ hökumətinin mənbəyindən yayılmayan istənilən məlumat yoxlanılmalıdır” – yayılan məlumatda deyilir.