ABŞ Səfirliyi - Vəsaitlərin dayandırılmasına görə, fəaliyyətin tam bərpasına qədər, səfirliyin "Facebook" səhifəsi müntəzəm olaraq yenilənməyəcək
ABŞ Səfirliyi - Vəsaitlərin dayandırılmasına görə, fəaliyyətin tam bərpasına qədər, səfirliyin "Facebook" səhifəsi müntəzəm olaraq yenilənməyəcək

 

Vəsaitlərin dayandırılmasına görə, fəaliyyətin tam bərpasına qədər, səfirliyin “Facebook” səhifəsi müntəzəm olaraq yenilənməyəcək – bu haqda məlumatı ABŞ-nin Gürcüstandakı səfirliyi yayır.

Səfirliyin məlumatına əsasən, xidmətlər və fəaliyyət statusu haqqında məlumat almaq veb saytda mümkün olacaq.

“Vəsaitlərin dayandırılmasına görə, fəaliyyətin tam bərpasına qədər, bu səhifə müntəzəm olaraq yenilənməyəcək, təxirəsalınmaz təhlükəsizlik haqqında məlumat istisna təşkil edir.

Bu müddət ərzində planlaşdırılmış pasport və viza xidməti Amerika Birləşmiş Ştatları və xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında imkanlar daxilində davam etdiriləcək. Xidmətlərimiz və fəaliyyət statusumuz barədə məlumat üçün rəsmi veb saytımıza daxil olun: travel.state.gov” – səfirlik yazır.