ABŞ səfirliyi senator Stiv Deynsin Salome Zurabişvili və müxalifət partiyalarının nümayəndələri ilə görüşü haqda məlumat yayır
ABŞ səfirliyi senator Stiv Deynsin Salome Zurabişvili və müxalifət partiyalarının nümayəndələri ilə görüşü haqda məlumat yayır.
Səfirliyin yazdığı kimi, görüşdə Gürcüstanın Amerika Birləşmiş Ştatları üçün strateji əhəmiyyəti və digər məsələləri müzakirə ediblər.
“Senator Deyns Amerika Birləşmiş Ştatları üçün Gürcüstanın strateji əhəmiyyətini, müxalifət liderlərinin son dövrlərdəki həbsləri ilə bağlı narahatlığı və qərbyönümlü Gürcüstan tərəfindən regionda rifahın, tərəqqinin və sabitliyin təmin edilməsi zəruriliyini müzakirə etmək üçün Salome Zurabişvili və siyasi partiya liderləri ilə görüşdü” – səfirliyin bəyanatında deyilir.
Məlumat üçün bildirək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Stiv Deyns Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə də görüşüb. Görüşdən sonra Deyns qeyd edib ki, ABŞ-Gürcüstan münasibətlərinin gücləndirilməsi məsələlərini müzakirə etmək üçün İrakli Kobaxidze ilə görüşmək imkanını təqdir edir.