ABŞ Səfirliyi səfirin vəzifəsinin icraçısı və Şio Mucirinin görüşü haqda məlumat yayır
ABŞ Səfirliyi səfirin vəzifəsinin icraçısı və Şio Mucirinin görüşü haqda məlumat yayır

 

ABŞ Səfirliyi səfirin vəzifəsini icra edən Alan Perselin patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğunun mitropoliti Şio (Muciri), ruhanilər və kilsə heyəti ilə görüşü haqda məlumat yayır.

Məlumatda deyilir ki, görüşdə ölkələr arasında mövcud dostluq və kilsənin Gürcüstan tarixində və mədəniyyətində rolu müzakirə olunurdu.

“Səfirin vəzifəsini icra edən Alan Persel patriarxlıq taxtının varisi mitropolit Şio (Muciri), digər ruhanilər və kilsə heyəti ilə birlikdə patriarxlıqda görüşüb. Onlar ölkələrimiz arasında mövcud dostluğu və kilsənin Gürcüstan tarixində və mədəniyyətində rolunu müzakirə ediblər. Gürcüstanın tarixi kilsələrinin və ölkə miqyasındakı artefaktların qorunub saxlanmasına töhfə verdiyimiz üçün qürur duyuruq” – səfirlik tərəfindən dərc olunmuş məlumatda deyilir.