ABŞ Səfirliyi – Səfirin vəzifəsini icra edən Kortni Ostrian və baş nazir İrakli Kobaxidze Gürcüstan və ABŞ arasında daha məhsuldar münasibətin formalaşması yollarını müzakirə ediblər
ABŞ-nin Gürcüstandakı Səfirliyi ABŞ səfirinin vəzifəsini icra edən Kortni Ostrian və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin görüşü haqda rəsmi məlumat yayır.
Səfirliyin məlumatında deyildiyi kimi, tanışlıq məqsədli görüşdə ikitərəfli münasibətləri və Gürcüstan ilə Birləşmiş Ştatlar arasında daha məhsuldar münasibətin formalaşması yollarını müzakirə ediblər.
“ABŞ səfirinin vəzifəsini icra edən Kortni Ostrian baş nazir İrakli Kobaxidze ilə ikitərəfli münasibətləri və Gürcüstan ilə Birləşmiş Ştatlar arasında daha məhsuldar münasibətin formalaşması yollarını müzakirə etdikləri tanışlıq məqsədli görüş keçirib” – səfirliyin məlumatında qeyd olunub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin Gürcüstandakı səfirinin vəzifəsini icra edən Kortni Ostrian ilə oktyabrın 29-da görüşüb.