ABŞ səfirliyi - Maliyyə naziri ilə görüşdə Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı sanksiyaları, eləcə də Gürcüstanın "Tramp marşrutu"nu necə dəstəkləyə biləcəyi müzakirə olunurdu
ABŞ səfirliyi - Maliyyə naziri ilə görüşdə Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı sanksiyaları, eləcə də Gürcüstanın "Tramp marşrutu"nu necə dəstəkləyə biləcəyi müzakirə olunurdu

 

Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı səfirliyi səfir vəzifəsinin icraçısı Alan Perselin maliyyə naziri Laşa Xutsişvili ilə görüşməsi haqda məlumat verir.

Səfirliyin sosial şəbəkədə yazdığı kimi, ABŞ və Gürcüstan arasında ikitərəfli iqtisadi münasibətlərə toxunulub.

“Bu gün səfir vəzifəsinin icraçısı Alan Persel digər məsələlərlə birlikdə, ikitərəfli iqtisadi münasibətləri, Gürcüstanın iqtisadi inkişafını, Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı sanksiyalarını və Gürcüstanın “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”nu (TRIPP) necə dəstəkləyə biləcəyini müzakirə etmək üçün maliyyə naziri Laşa Xutsişvili ilə görüşüb” – səfirlik yazır.