ABŞ Səfirliyi - İkinci İlia həzrətlərinin vəfatına görə dərin hüznümüzü ifadə edirik, onun həyatı və çox böyük töhfəsi heç vaxt unudulmayacaq
ABŞ-nin Gürcüstandakı səfirliyi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın vəfatına görə dərin hüznünü ifadə edir.
“Həzrətləri, ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın vəfatına görə dərin hüznümüzü ifadə edirik. Onun həyatı və çox böyük töhfəsi heç vaxt unudulmayacaq. Qoy, ruhu rahatlıq tapsın” – səfirliyin bəyanatında qeyd olunub.
Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia martın 17-də 93 yaşında dünyasını dəyişib.