ABŞ Səfirliyi – Gürcüstan Prokurorluğunun bugünkü bəyanatını təqdir edirik, bu, ABŞ və Gürcüstanın hüquq-mühafizə orqanları arasında aylarla davam edən sıx əməkdaşlığın nəticəsidir

22:03, 02.06.2026

 

ABŞ Səfirliyi bir neçə nəfərin saxlanılması ilə bağlı Gürcüstan Prokurorluğunun bugünkü bəyanatına münasibət bildirir və Gürcüstan Prokurorluğuna, eləcə də istintaq və əməliyyatda iştirak edən hüquq-mühafizə orqanlarının nümayəndələrinə təşəkkür edir.

“ABŞ-a qanunsuz daxil olmaq və sənədləri saxtalaşdırmaqla bağlı Gürcüstan vətəndaşlarını aldatmaqda ittiham olunan bir neçə nəfərin saxlanılması barədə Gürcüstan Prokurorluğunun bugünkü bəyanatını təqdir edirik. Bu, Amerika Birləşmiş Ştatları və Gürcüstanın hüquq-mühafizə orqanları arasında aylarla davam edən sıx əməkdaşlığın nəticəsidir. Gürcüstan Prokurorluğuna, eləcə də istintaq və əməliyyatda iştirak edən Gürcüstan hüquq-mühafizə orqanlarının nümayəndələrinə təşəkkürümüzü bildiririk” – ABŞ Səfirliyinin yaydığı məlumatda deyilir.

Gürcüstan Prokurorluğunun bəyanatına əsasən, prokurorluq və ABŞ Səfirliyinin Regional Təhlükəsizlik Xidmətinin birgə tədbirləri nəticəsində iki mütəşəkkil cinayətkar dəstə ifşa edilib.

Oxşar