ABŞ səfirliyi – Gürcüstan xalqı ilə həmrəyliyimizi ifadə edirik, Gürcüstanın ərazi bütövlüyünə sadiqliyimizi təsdiqləyirik və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayırıq
ABŞ səfirliyi – “Gürcüstan xalqı ilə həmrəyliyimizi bildiririk, Gürcüstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyimizi bir daha təsdiqləyirik, münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayırıq.”
ABŞ Rusiyanın Gürcüstan ərazisini davam edən işğalından hələ də ciddi narahatdır və Rusiyanın mövcud işğalı şəraitində baş verən qətlləri, oğurlamaları və digər zorakılıq hallarını pisləyir. Bu barədə Gürcüstandakı ABŞ səfirliyi sosial şəbəkədə yazıb.
Səfirliyin qeyd etdiyinə görə, ABŞ Gürcüstan xalqına həmrəyliyini ifadə edir.
“Bu gün Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi hərbi təcavüzdən 18 il ötür. ABŞ Rusiyanın Gürcüstan ərazisini davam edən işğalından hələ də ciddi narahatdır və Rusiyanın hazırkı işğalı şəraitində baş verən qətlləri, oğurlamaları və digər zorakılıq hallarını qətiyyətlə pisləyir.
Gürcüstan xalqı ilə həmrəyliyimizi bildiririk və Gürcüstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyimizi bir daha təsdiqləyirik. Münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayırıq”, – deyə ABŞ səfirliyi bildirib.