ABŞ səfirliyi – Gürcüstan artıq dördüncü dəfə “Troya izində” adlı hərbi təlimə ev sahibliyi edir. Təlimin məqsədi tərəfdaşlara əməkdaşlığın gücləndirilməsi və NATO ilə uyğunluğun möhkəmləndirilməsidir
Gürcüstan artıq dördüncü dəfə “Troya izində” adlı təlimə ev sahibliyi edir — ABŞ Xüsusi Əməliyyat Qüvvələri rəhbərliyi ilə Avropada keçirilən ən genişmiqyaslı hərbi təlimlərdən biridir. Təlim keçən həftə başlayıb. Bu barədə ABŞ səfirliyi – Gürcüstan məlumat yayıb.
Səfirliyin sosial şəbəkədə bildirdiyinə görə, bu çoxmillətli hərbi təlimin məqsədi tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsi, NATO ilə uyğunluğun möhkəmləndirilməsi və regional təhlükəsizliyin dəstəklənməsi üçün birgə hazırlığın artırılmasıdır.
Qeyd olunur ki, 2026-cı il təlimində təxminən 1 000 amerikalı hərbi qulluqçu və NATO müttəfiqləri və tərəfdaş ölkələrindən 2 000 hərbçi iştirak edir.